Çinin Henan əyalətinin Suyçan şəhər dairəsində attraksionda bədbəxt hadisə baş verib.
Oxu.Az “Daily Mail”ə istinadən xəbər verir ki, 23 yaşlı müştərinin təhlükəsizlik kəməri öz-özünə açılıb.
Təşviş içində olan izdiham onu vaxtında attraksiondan kənara tullanmağa səsləsə də, o bunu bacarmayı və yerə çırpılaraq ölümcül bədən xəsarətləri alıb.
Zərərçəkən dərhal xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
İlkin araşdırmaya əsasən, bədbəxt hadisə texniki nasazlıq səbəbindən baş verib.
F.M.
www.oxu.az