ABŞ sabiq dövlət katibi Con Kerrinin yeni iş yeri məlum oldu. Bundan sonra siyasətçi Karneqi Fondunda çalışacaq.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə təşkilatın prezidenti Uilyam Berns danışıb.
Bununla yanaşı o, belə təcrübəli əməkdaşa olan ehtiyacı da vurğulayıb.
“Con Kerrinin bütün dünyada sülh prinsipinə sadiqliyi Karneqi Fondunun missiyasına müvafiqdir”, - Berns deyib. Qeyd edilir ki, fondun rəhbəri vaxtilə sabiq dövlət katibinin rəhbərliyi altında çalışıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp səlahiyyətlərinin icrasına başladıqdan sonra Obama administrasiyası öz işini dayandırıb.
N.О.
www.oxu.az