Kiyevə səfərə gələn ABŞ Dövlət katibi Con Kerri Ukraynaya 16.4 milyon dollar həcmində humanitar yardım təklif edib. Bu barədə rəsmi mənbə məlumat verib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu məbləğ Ukraynanın şərqindəki əhaliyə yardım etmək üçün nəzərdə tutulub.
Kerri Ukraynaya səfəri çərçivəsində prezident Pyotr Poroşenko, baş nazir Arseni Yatsenyuk və deputatlarla görüşəcək. Kerri və Poroşenko birgə bəyanatla çıxış edəcəklər.
12:39
Bu gün ABŞ-ın Dövlət katibi Con Kerrinin Kiyevə səfəri başlayır.
O, Ukrayna prezidenti Pyotr Poroşenko, baş nazir Arseni Yatsenyuk, xarici işlər naziri Pavel Klimkin və Ali Radanın deputatları ilə görüşəcək.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Con Kerri Ukrayna tərəfi ilə Donbassdakı münaqişəni və iqtisadi islahatların davam etdirilməsi məsələlərini müzakirə edəcək.
Ali Radanın Xarici məsələlər üzrə komitə rəhbəri bildirib ki, deputatlar görüş zamanı hərbi yardım, xüsusən də - silah tədarükü məsələsini qaldırmaq niyyətindədirlər.