ABŞ-ın keçmiş prezidenti Cor Buş tənəffüsündə yaranmış çətinliklərlə bağlı Hyustonda xəstəxanaya yerləşdirilib. Bu barədə keçmiş prezidentin mətbuat katibi məlumat verib.
Oxu.Az-ın Gazeta-ya istinadən verdiyi məlumata əsasən, həkimlərdə narahatçılığa ciddi əsaslar yoxdur, lakin 90 yaşlı keçmiş prezident müəyyən müddət həkimlərin nəzarətində qalacaq.
Buş 2013-cü ildə ciddi bronxitlə bağlı 2 ay müalicə aldığı xəstəxanaya yerləşdirilib.
Buş 90 yaşını cari ilin iyununda paraşütdən tullanma ilə qeyd etmişdi.