ABŞ-ın sabiq dövlət başçısı Corc Buş Ukrayna Prezidenti Volodimir Zelenskini İkinci Dünya müharibəsi zamanı Böyük Britaniyanın baş naziri olmuş Uinston Çörçillə müqayisə edib.
O, bu barədə özünün “Instagram” hesabında yazıb.
“Mən Prezident Zelenski ilə - zəmanəmizin Uinston Çörçili ilə bir neçə dəqiqə danışmaq şərəfinə nail oldum”, - deyə o yazıb.
Buş vurğulayıb ki, o, Ukrayna xalqının cəsarətini alqışlayır, həmçinin liderliyinə, nümunəsinə və azadlığa sadiqliyinə görə Zelenskiyə təşəkkür edib.
Onun sözlərinə görə, Zelenski ukraynalıların Putinin barbarlığı və quldurluğu ilə mübarizədə tərəddüd etməyəcəklərinə onu əmin edib.
“Amerikalılar onların ruhunun gücündən və möhkəmliyindən ilham alırlar. Biz öz azadlıqları üçün mübarizə aparan ukraynalıları dəstəkləməyə davam edəcəyik”, - deyə Buş yekunlaşdırıb.
Посмотреть эту публикацию в Instagram
"Ukrayna" teqi üzrə xəbərlər
- Qara dənizdə gərginlik artır: Türkiyənin müdafiə naziri Rusiya və Ukraynaya xəbərdarlıq etdi - Video
- İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı
- Kreml: "Zelenski Putinlə birbaşa danışmaq istəyib"
- Zelenski hərbi vəziyyətin müddətini 21-ci dəfə uzatdı
- Ukrayna sülh üçün hansı güzəştlərə getməlidir?
Digər xəbərlər