Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

COVID-19-un A vitamininə təsiri məlum olub
Türkiyəli alimlər hesab edir ki, koronavirusa yoluxma orqanizmin infeksiyaya qarşı müqavimətini artıran A vitamininin konsentrasiyasını azaldır.
Müşahidələrin nəticələri “MedRxiv”də dərc edilib.
“Müşahidələrimiz retinolun (A vitamini) konsentrasiyasının COVID-19-un ağır formaları olan xəstələrdə son dərəcə aşağı olduğunu göstərdi ki, bu da birinci tip interferonların istehsalına mənfi təsir edib. Bu, koronavirusla mübarizə aparmaq üçün retinolun parçalanmasını inhibe edən dərmanların yanında A vitaminin böyük dozada istifadəsinin mümkünlüyünü göstərir”, - deyə Ankaradakı Türk Tibb Universitetinin professoru Özgür Aslanın rəhbərlik etdiyi alimlər yazırlar.
Həkimlər Türkiyənin 23 sağlam sakini və 27 son dərəcə ağır koronavirus infeksiyasından əziyyət çəkən və reanimasiya şöbəsində intensiv terapiya keçən xəstələrdən qan nümunələri götürüblər.
Onlar müşahidə ediblər ki, koronavirusun ağır formalarının daşıyıcılarının orqanizmində retinolun konsentrasiyası həqiqətən son dərəcə aşağıdır.
"COVID-19" teqi üzrə xəbərlər
- Kirill Qaburiç: "Ölkələr gücü ilə deyil, səhiyyə sistemi ilə öyünməlidirlər"
- Amir Dossal: "Statistikalar olduqca narahatedicidir"
- ÜST-nin baş direktoru Trampın iddialarına cavab verib
- Eyni vaxtda həm COVID-19-dan, həm də qripdən qoruyan peyvənd hazırlanıb
- Sergey Lavrov fon der Lyayeni "fürer Ursula" adlandırdı