Türkiyədə dağıdıcı zəlzələdən təsir görən 10 vilayətdə dağıntılardan sonra xilasetmə işləri davam edir. Beton plitələrin altından saatlar sonra xilas edilən insanlar, xüsusən də uşaqlar günlərdir şaxtaya, soyuğa baxmayaraq, işləyən insanlara güc verirlər.
Oxu.Az bu qaranlıq günlərdə hər kəs üçün bir ümid işığına çevrilən həmin anlardan bəzilərini təqdim edir.
İzmir Böyükşəhər Bələdiyyəsinin Hatayda Təcili Xilasetmə Sağlamlığı qrupları tərəfindən aparılan axtarış-xilasetmə zamanı Narlıca rayonunda binanın dağıntıları altından biri 3 yaşlı uşaq olmaqla üç nəfər sağ çıxarılıb.