Dağıstanın Süleyman-Stal rayonunda meşəlikdə beş yerli sakinin meyiti tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə “İnterfax” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata əsasən, sentyabrın 18-də iki yerli ovçu Rayon Polis Şöbəsinə meşədə iki yoldaşlarının itkin düşdüyü barədə xəbər veriblər.
Polislər axtarışlara başlayıb və bir gün sonra itkin düşmüş ovçuların cəsədlərini aşkar ediblər.
Axtarışlar zamanı hüquq-mühafizə orqanlarını əməkdaşları daha üç şəxsin meyitini tapıblar.
Əlləri bağlı şəkildə aşkarlanan şəxslərin güllələndikləri məlum olub.
Hüquq-mühafizə orqanlarındakı mənbə qətlləri Dağıstanın cənubunda fəaliyyət göstərən yaraqlıların törətdiyindən şübhələndiklərini bildirib.