Dağıstanın Qunibsk rayonunda dağlarda silahlı şəxs öldürülüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İntefax-a regionun güc strukturlarındakı mənbə məlumat verib.
“İlkin məlumata əsasən, dağlıq ərazidə axtarış-əməliyyat tədbirləri zamanı federal qüvvələrin əməkdaşlarına atəş açan yaraqlı zərəsizləşdirilib”, - mənbənin məlumatında bildirilir.
Qeyd edək ki, bu gün dekabrın 27-də Dağıstanı Qunibsk rayonunda anti-terror əməliyyat rejimi tətbiq edilib.