Dağıstanda baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsinin kadrları yayılıb.
RİA “Novosti”nin məlumatına görə, kadrlarda sürətlə irəliləyən “QAZel” markalı mikroavtobusun KamAZ markalı yük avtomobilinə necə çırpıldığı görünür.
Ardınca “Mercedes” markalı minik avtomobili arxadan “QAZel”ə çırpılır.
Hadisə Dağıstan Respublikasının Qarabudaqkənd rayonu ərazisində baş verib.
Qəza nəticəsində mikroavtobusun sürücüsü ölüb. Mikroavtobusda olan sərnişin isə ağır xəsarətlər alıb.