Dağıstanda atışma zamanı hərbçilər dörd yaraqlını zərərsizləşdiriblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, onların arasında Xasayurt quldur qruplaşmasının başçısı da olub.
Məlumata görə, noyabrın 4-nə keçən gecə Xasayurtda hərbçilər yoxlama üçün avtomobili saxlamaq istəyiblər, bu an maşının salonunda olan şəxslər atəş açıblar. Cavab atəşi ilə avtomobildə olan dörd nəfər zərərsizləşdirilib.
N.O.
www.oxu.az