Son məlumata görə, Dağıstanın Kizlyar şəhərində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində xəsarət alanların sayı 31 nəfərə çatıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İnterfax-a şəhərin mərkəsi xəstəxanasından məlumat verilib.
21:19
Dağıstanın Kizlyar şəhərində yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı 17 nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, Lifenews-un məlumatına görə, yaralılar yüngül xəsarət alıblar, onlardan heç birinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.
Partlayış Tumanyan küçəsində saat 18:25 radələrində baş verib. Hadisə yerinə yanğınsöndürənlər və polislər cəlb olunub.