Dağıstanın Xasavyurt rayonunda partlayıcı qurğunun işə düşməsi nəticəsində iki nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə RİA Novosti-yə respublikanın hüquq-mühafizə orqanlarından məlumat verilib.
Hadisə yerli vaxtla saat 16:20 radələrində Novaqaqatli kəndi yaxınlığında baş verib.
İnsidentin təfərrüatları müəyyənləşdirilir.
Hadisə yerinə əməliyyat-istintaq qrupu cəlb edilib.
S.B.
www.oxu.az