Dağıstanda keçirilən terror əməliyyatları zamanı 9 yaraqlı zərərsizləşdirilib.
Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Milli Antiterror Komitəsi məlumat yayıb.
Məlumata əsasən, yaraqlılar 1 May bayramında Dərbənddə terror aktı keçirməyi planlaşdırıblar.
Sakinlər arasında yaralanan və zərərçəkmişlər yoxdur. Xüsusi Xidmətin bir əməkdaşı yüngül xəsarət alıb.