Rusiya Federasiyasının (RF) Dağıstan Respublikasındakı Sulak kanyonunda ekskursiya zamanı turistlərin olduğu qayıq aşıb, bir nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə RF Fövqəladə Hallar Nazirliyinin Dağıstan üzrə Baş İdarəsi məlumat yayıb.
Hadisənin su elektrik stansiyası ərazisində baş verdiyi və qayığın qayaya çırpıldığı bildirilir.
Qayıqda səkkiz nəfər olub, altı nəfər xəsarət alıb, 1992-ci il təvəllüdlü qız isə ölüb.