Dağıstanın Unsukul rayonunda iki gündür davam edən xüsusi əməliyyat zamanı 7 silahlı öldürülüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsinin məlumatında bildirilir.
“İki sutka ərzində Dağıstanda qanunsuz silahlı qruplaşmaların 7 üzvü məhv edilib. Hazırda onların şəxsiyyəti müəyyənləşdirilir. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir”, deyə məlumatda bildirilir.
Asayiş keşikçiləri arasında itki olmadığı bildirilir. Əməliyyat hazırda davam etdirilir.