Türkiyənin baş naziri, prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğanın kortejində qəza baş verib.
Oxu.Az Publika.Az-a istinadən xəbər verir ki, Dənizlidə seçki mitinqinə qatılan Ərdoğanın cangüdənləri və onu müşayiət edən 5 maşın qəzaya düşüb.
Ərdoğanın əyləşdiyi avtomobilə heç nə olmasa da onun cangüdənləri və sürücülər yüngül xəsarət alıblar.