Rusiyanın Dağıstan Respublikasının dövlət katibi Maqomedsultan Maqomedov saxlanılıb.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, onun evində və qohumlarına məxsus 50-yə yaxın ünvanda axtarışlar aparılıb.
Qeyd olunur ki, Maqomedsultan Maqomedov qanunsuz özəlləşdirmə faktı ilə bağlı açılan cinayət işinə görə saxlanılıb.
Məlumat üçün əlavə edək ki, Maqomedsultan Maqomedov 2021-ci ildən Dağıstanın dövlət katibi vəzifəsini tutur.