Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Dağıstanın "Xatiko"su: Pişik altı ildən çox öz sahibinin məzarı üstündə yaşayıb
Dağıstanın paytaxtı Mahaçqalada (Rusiya) pişik altı ildən çox öz sahibinin məzarı üstündə yaşayıb.
Oxu.Az-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə yerli könüllülər məlumat veriblər.
Məlumata görə, Mahaçqalada bu pişik haqqında ilk dəfə 2018-ci ildə xəbər tutublar. Hər axsam pişiyi evə aparıblar ki, isti yerdə gecələsin, lakin səhər o, yenə qəbiristanlığa qaçıb.
İndi artıq yaşlı pişik xəstələnib və Mahaçqaladakı baytarlıq klinikasına göndərilib. Daha sonra könüllülər onu müalicə üçün Sankt-Peterburqa aparmağı planlaşdırırlar.
Qeyd edək ki, Yaponiyanın Akita prefekturasında "Xatiko" ləqəbli it sahibi xəstəxanada öldükdən və evə qayıtmadıqdan sonra 9 il ərzində hər gün onun gedib-gəldiyi dəmiryol stansiyasında yolunu gözləyib. Daha sonra it stansiyanın yaxınlığında ölmüş halda tapılıb, onda xərçəngin son mərhələsi və ürək problemi aşkarlanıb.
"Xatiko"ya sahibini gözlədiyi Sibuya stansiyasında heykəl qoyulub və sevgililərin görüş yerinə çevrilib. Həmçinin itin obrazı Yaponiyada təmənnasız sevgi və sədaqətin rəmzinə çevrilib.
"Dağıstan Respublikası" teqi üzrə xəbərlər
- Dağıstanlı bloqer video çəkmək üçün polisi ələ saldı
- Dağıstanda baş verən faciə: 23 il sonra övladı ilə bağlı həqiqəti öyrənən kişi öldü
- Axtarışlardan sonra Həbib Nurməhəmmədovun məktəbi bağlanır
- Dağıstanda daha bir yanacaqdoldurma məntəqəsində yanğın baş verib
- Ramazan Abdulatipov: "Azərbaycan və Dağıstan logistikanın inkişafı üzrə aktiv iş aparır"
Rəylər