Ermənistan silahlı qüvvələrinin hərbçisi Qarnik Hamletoviç Avetisyan iki maşının arasında qalıb və sıxılaraq ölüb.
Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.
“Dünən saat 16:00-da müddətli hərbi xidmətdə olan sıravi Qarnik Avetisyan aralarında qoşqu ilə birləşdirilən iki “Ural” və “ZiL” yük maşını arasında sıxılaraq ölüb”, - komitədən bildirilib.
Avetistan Dilijan tibb mərkəzinə aparılarkən yolda keçinib.