Almaniyanın kansleri Angela Merkel xizək sürərkən omba sümüyünü ciddi zədələyib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Merkel zədələndiyi üçün bu həftəyə planlaşdırılmış bir neçə rəsmi görüşünü təxirə salıb.
Kanslerin təmsilçisi Stefen Seibretin verdiyi məlumata görə, kansler Mövlud bayramı ərəfəsində xizək sürərkən yıxılıb və şok keçirib. Hadisə nəticəsində Almaniya kanslerinin omba sümüyü çatlayıb. Bu səbəbdən də onun bir sıra görüşləri təxirə salınıb.
Məlumata görə, hadisə İsveçrədə baş verib.
Qeyd edək ki, ötən ayın sonlarında Formula-1 yarışlarının məşhur pilotu, alman Mixael Şumaxer də xizəklə sürüşərkən yıxılmış və ağır xəsarət almışdı. Hazırda Şumaxer koma vəziyyətindədir, onun tam ayılacağına ümidlər azdır.