“Louis Vuitton” koronavirusdan müalicə üçün əsas müdafiə vasitələrindən biri olan maskaların istehsalına başlayıb.
RT-nin məlumatına görə, modalar evinə Fransa hökuməti müraciət edib. “Louis Vuitton” da təyinatını dəyişib və 300 əməkdaş maska tikilişinə başlayıb.
Son məlumatlara görə, Fransada 143 303 nəfər koronavirusa yoluxub, onlardan 15 729 nəfəri ölüb, 28 805 nəfəri isə sağalıb.