Avstraliya hökuməti 5-11 yaş arası uşaqları ABŞ əczaçılıq şirkəti “Pfizer” və onun alman tərəfdaşı “BioNTech”in dərmanı ilə koronavirus infeksiyasına qarşı peyvənd etməyə başlayıb.
Bu barədə ölkənin səhiyyə naziri Qreq Hant bildirib.
O qeyd edib ki, yeni tədris ilinin başlamasına qədər (2 fevral) 2,3 milyon uşağın ilk dozanı vurdura bilməsi üçün 3 milyon doza peyvənd paylanacaq. 5 yaşdan 11 yaşa qədər uşaqlara səkkiz həftəlik fasilədən sonra vaksinin ikinci dozası vurulacaq.
Mənbə: TASS