Danimarkanın Ali məhkəməsi qadın saç kəsimlərinin qiymətinin baha olmasını cinsi mənsubiyyət baxımından diskriminasiya hesab etmir. Bu barədə The Copenhagen Post bildirib.
Məhkəmənin çıxarışında qadın və kişi saç kəsimlərinin texniki olaraq fərqli xidmətlər olduğu deyilir, qadın saç kəsimi daha çox əmək tələb edən işdir, bu üzdən də qiymətdə fərq zərif cinsin nümayəndələri üçün təhqiredici ola bilməz.
Məhkəmənin bu qərarı gender bərabərliyi şurasının (Ligebehandlingsnævnet) qadınların salonlarda diskriminasiyası barədə qərarını ləğv edib.
Məhkəmədə iddiaçı kimi eyni zamanda bir neçə təşkilat, o cümlədən də Daniyanın fərdi bərbər və kosmetoloqlar ittifaqı (Dansk Organisation for selvstændige Frisører og Kosmetikere) və Stender gözəllik salonu şəbəkəsi çıxış edib.
Danimarka Ali Məhkəməsinin qərarı ilə ləğv edilmiş gender üzrə şuranın kişi və qadın saç kəsimlərinin qiymətinin eyni olması barədə qərar 2012-ci ildə qəbul edilmişdi. Sənəd qısa saçlı bir qadının təşkilata müraciətindən sonra tərtib edilib. O, müraciət edərək eyni uzunluqda saçı olan kişilərdən saç kəsimi üçün daha çox pul ödəməli olduğunu bildirib.