Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Dardanel boğazında gəmilərin hərəkəti dayandırıldı
Dardanel boğazında (Çanaqqala boğazı) gəmilərin hər iki istiqamətdə hərəkəti dayandırılıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin Dəniz Məsələləri Departamenti məlumat verib.
Qərara səbəb kimi əlverişsiz hava şəraiti ilə əlaqədar yaranan məhdud görüntü göstərilib.
"Duman səbəbindən məhdud görüntü şəraiti ilə əlaqədar olaraq, Dardanel boğazında gəmiçilik hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb", - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, Dardanel boğazı Egey dənizini Mərmərə dənizi ilə və Bosfor vasitəsilə Qara dənizlə birləşdirir.
"Dardanel boğazı (Çanaqqala boğazı)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər