Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Daşqınların əsarətində olan Keniya epidemiya və humanitar fəlakətin astanasında - VİDEO
Keniyada baş verən daşqınlar ölkədə humanitar fəlakətə səbəb olub. Paytaxt Nayrobinin böyük hissəsi üçüncü həftədir ki, su altında qalıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da həyəcan təbili çalıb və təbii fəlakətin ölkədə epidemiya riskini artırdığını bəyan edib. Açıqlamada qeyd olunur ki, sel sularının içməli və məişət sularına qarışması nəticəsində vəba və malyariya epidemiyalarına yoluxma halları artıb, ölkə üzrə 44 yeni vəba hadisəsi müəyyən edilib.
“Tez nəzarət altına alınmasa, asanlıqla yayıla biləcək epidemiyalara qarşı ayıq-sayıq qalacağıq”, - deyə məlumatda vurğulanıb.
Qeyd edilib ki, Keniya hökumətinin fövqəladə vəziyyətə reaksiya göstərməsi səyləri dəstəklənəcək. Qurum tərəfindən artıq riskli bölgələrə 10 minə yaxın insanı müalicə edə biləcək 20 pnevmoniya müalicə dəsti verilib.
Açıqlamada daşqınlarda 238 nəfərin öldüyü vurğulanıb. Bildirilib ki, torpaq sürüşməsi evləri, daşqınlar isə kənd təsərrüfatı sahələrini məhv edir. Yüzlərlə keniyalı yaralılar siyahısındadır, 200 mindən artıq insan evlərini tərk edib.
Mənbə: 360 TV
"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)" teqi üzrə xəbərlər
- Ölkəyə daxil olan bütün vaksinlərlə bağlı həkimdən AÇIQLAMA
- Unudulmuş xəstəliklər qayıdır - ÜST-dən narahatlıq doğuran XƏBƏRDARLIQ
- ÜST rəhbəri kütləvi ixtisarların anonsunu verdi: "650 milyon dollara qədər kəsir yaranıb"
- "Xərçəng bombası"nın üstündə yaşayanlar: Ev tikəndə nələri araşdırmaq lazımdır?
- ÜST bəşəriyyət üçün yeni təhlükə barədə xəbərdarlıq etdi