2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilir.
Oxu.Az xəbər verir ki, günün ilk matçlarında Portuqaliya Ermənistanla, Macarıstan isə İrlandiya ilə qarşılaşıb.
Doğma azarkeşləri önündə oynayan Pireney təmsilçisi ermənilərə rəhm etməyib. Ötən matçda qırmızı kart görən komandanın lideri Kriştianu Ronaldunun yoxluğunda portuqallar rəqibi 9:1 hesabı ilə darmadağın ediblər.
Qeyd edək ki, bu qələbə sayəsində Portuqaliya 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb. Komanda F qrupunda 13 xalla birinci yeri tutub və turnirin final mərhələsinə birbaşa çıxış hüququ əldə edib.
Digər matçda İrlandiya Macarıstanın qonağı olub. Qarşılıqlı qollarla keçən görüçdə qonaqlar meydan sahiblərindən üstün olublar - 2:3. Maraqlıdır ki, İrlandiyanın hər üç qolunu Troy Parrott vurub və komandasını ümidləndirib. Beləliklə də, xallarını 10-a çatdıraraq qrup ikincisi olan İrlandiya dünya çempionatına çıxış uğrunda pley-off matçlarında iştirak edəcək.