Bazar günü, iyunun 8-də (325 metrlik) HG124 iri ölçülü asteroid (“The Beast” – “Antixrist” “Dəccal”) yerə yaxınlaşaraq, Yerlə Ay arasında (bir milyon kilometrdən bir qədər çox) bərabər bir məsafədə olacaq.
Oxu.Az xəbər verir ki, Yer kürəsinə və onun sakinlərinə asteroid zərər verməyəcək. Mütəxəssislər aprelin 23-dək Yer ətrafında bu ölçüdə göy cismi qeydə almadıqlarını bildirib. Onun ölçü və kütləsi 2013-cü ilin fevralında Çelyabinskə düşən asteroiddən on dəfə artıqdır. Bu isə Yer kürəsinin daima iri göy cismi ilə toqquşması kimi potensial təhlükə ilə üz-üzə qaldığını göstərir.
“Anlaşılmazlıq yaradan isə belə iri daş və ya metal cismin Yerə maksimal dərəcədə yaxınlaşdıqdan sonra aşkarlanmasıdır. HQ124 adlı asteroid ötən il Çelyabinskə düşəndən azı 10, bəlkə də 20 dəfə böyükdür” - Space.com, Slooh astronomik icmal layihəsinin astronomu Bob Bermanın sözlərini sitat gətirib. Burada Berman coğrafi səhv buraxaraq Çelyabinskin Sibirdə yerləşdiyini deyib.
Slooh layihəsi internetdə Dəccal asteroidini müşahidə edəcək. İlk “qoşulmalar” 22.30, 5 iyuna planlaşdırılıb, maksimal yaxınlaşma isə bazar günü - 8 iyunda olacaq.