Azərbaycanın paytaxtında “Lamborghini” salonu açılıb.
Oxu.Az xəbər verir ki, rəsmi nümayəndəlik Bakının ən gözəl məkanlarından birində Parlament prospektində Flame Tower biznes mərkəzində yerləşir.
Salonda mühərriki 610 a.g. olan “supercar” “Lamborghini Huracan LP610-4” daxil olmaqla “Lamborghini”nin tam model sırası təqdim edilib. Bu idman maşını sahibinə təxminən 470.000-510.000 dollara başa gələcək.
Bakıda təqdim edilən digər model 700 a.g. olan “Lamborghini Aventador LP700-4 Roadster” modelidir. Məşhur kupe “Lamborghini Murcielago” əvəzinə 100 km/s sürətini 2,9 saniyəyə yığan “Aventador” gəldi. Bu modelin qiyməti 600.000-650.000 dollardır.
Ən son model “Lamborghini Gallardo LP560-4 Spyder-dor” əfsanəvi brend təxminən 370.000-420.000 ABŞ dollarına başa gəlir.
Qeyd edək ki, göstərilən qiymətlər təxminidir. Bu idman maşınlarının qiymətləri komplektləşmədən və mühərrikin həcminə görə dəyişə bilər.
Elvin Əhmədov
Foto: Sadiq Nurizadə
www.oxu.az