Rusiyanın Krasnoyarsk şəhərində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
REN TV məlumat verir ki, körpə qız uşağını və anasını xəstəxanaya daşıyan təcili tibbi yardım maşını qəzaya düşüb.
Toqquşma o qədər güclü olub ki, azyaşlı təcili tibbi yardım maşınında yerləşən xərəkdən yola yuvarlanıb.
Hadisə zamanı təcili yardım maşınında olan uşağın anası, həkim və sürücü də ciddi xəsarət alıb.