Dəməşqdə törədilən terror aktları nəticəsində ölənlərin sayı 45 çatıb, daha 110 nəfər xəsarət alıb, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
16:14
Dəməşqin Səid Zeynəb rayonunda törədilən iki terror aktı nəticəsində 30 nəfər ölüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə RİA Novosti-yə yerli polisdəki mənbə bildirib.
“Partlayışlar Səid Zeynəb rayonun Kuu-əs-Sudan məhəlləsində törədilib. İlkin məlumata görə 10-30 nəfər ölüb, 40-dan çox insan müxtəlif xəsarətlər alıb”, - agentliyin sözçüsü qeyd edib.