Məşhur türkiyəli sənətçi Demet Akalın polis tərəfindən saxlanılan iş adamı Dilan Polat və əri Engin Polat barədə ilk dəfə danışıb.
Cütlüyün saxlanılmasının görüntülərini “Demet və Jess ilə danışaq” adlı öz proqramında yayımlayan Demet Akalın bəzi diqqətçəkən məqamlardan bəhs edib.
Məlum olub ki, əvvəllər təvazökar həyat sürən və doğum fotoqrafı olan Dilan Polat bir müddət Demet Akalınla da çalışıb.
“Esra Balamir gətirmişdi Dilan Polatı yanıma. Şəkillər çəkməsi üçün. Oğlunun fotolarını çəksin deyə Gülşənin yanına apardım. Bizim səhnə şəkillərimizi çəkərdi, əri ilə gəlirdi. Dilan belə bir qız deyildi”, - deyə o bildirib.
“Sonra bəzi şeyləri hiss etdiyim üçün uzaqlaşdım. Ancaq yenə də onu belə görməyimə kədərləndim”, - deyə Demet Akalın əlavə edib.
Xatırladaq ki, çirkli pulların yuyulması və vergidən yayınma iddiaları ilə bir müddətdir ölkə gündəmində olan Dilan Polat və Engin Polat cütlüyü, həmçinin onlarla birlikdə 17 şübhəli ötən gecə saxlanılaraq İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsində sorğu-sual edilib.
Mənbə: Haber Global
Rəylər