Məşhur yunan müğənnisi və musiqiçisi Demis Russos vəfat edib. Bu barədə Fransa KİV-nə onun qohumları məlumat verib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Russosun 69 yaşı vardı. Son illər o, həm Yunanıstan, həm də Fransada Paris yaxınlığında Neyi şəhərində olan evində yaşayırdı.