İstehsalatda baş verən bədbəxt hadisələr nəticəsində hər il dünyada istehsalatla əlaqəli çoxsaylı xoşagəlməz hallar baş verir və bu hadisələr nəticəsində həm xeyli işçi insan həyatını itirir, xəsarət alır və ya peşə xəstəliyinə tutulur, həm də iqtisadiyyata ciddi ziyanlar dəyir.
Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən “Təhlükəsiz iş ongünlüyü” çərçivəsində təşkil edilən tədbirdə bildirilib.
Tədbirdə qeyd olunub ki, ölkənin əmək qanunvericiliyinə əsasən iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, bunun üçün peşə risklərinin düzgün qiymətləndirilməsi, habelə iş yerlərinin attestasiyasının vaxtında və keyfiyyətlə aparılması işəgötürənlər qarşısında duran əsas vəzifələrdəndir.