Çində bir həftə açıq dənizdə qalan 39 yaşlı turist xilas edilib.
Oxu.Az xəbər verir ki, bu barədə HNTV məlumat yayıb.
Məlumata görə, çinli turist təsadüfən Haynan adası yaxınlığında dənizə düşüb və sahilə çıxa bilməyib.
O, təxminən bir həftə ərzində xilasetmə vasitəsi olmadan suda qalıb və sağ qalmaq üçün yalnız xırda xərçənglərlə qidalanıb.
Ağır günəş yanığı və güclü susuzluq səbəbindən onun vəziyyəti pisləşib, hətta hallüsinasiyalar yaşadığı bildirilib.
Məlumata görə, hadisənin 4-5-ci günləri onun üçün ən çətin dövr olub. Daha sonra yaxınlıqdan keçən bərəyə işarə versə də, diqqət çəkə bilməyib.
Nəhayət, o, Çentszyao bölgəsi yaxınlığında iki balıqçı tərəfindən xilas edilib və hazırda xəstəxanada müalicə alır.
