Dövlət Duması Prezidentə 2015-ci ilin büdcəsinin korrektəsi ilə əlaqədar maaşlarının azaldılmasına dair müraciət edəcəklər.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Deputatların məvaciblərinin azaldılması imkanları məsələsi qoyulmuşdu”, - Dövlət Dumasının birinci vitse-spikeri İvan Melnikov jurnalistlərə bildirib.
Birinci vitse-spiker izah edib ki, bütün təşkilatların, o cümlədən də Dövlət Dumasının büdcəsinin ixtisar edilməsinə dair müvafiq təkliflə Dövlət Dumasının sədri Sergey Narışkin çıxış edib.
Melnikovun sözlərinə görə, bəzi deputatların bu təklifə reaksiyası pozitiv olub.