Dərbəndin mərkəzində ərzaq bazarında güclü yanğın başlayıb.
Oxu.Az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, insanlar bazar ərazisindən təxliyyə edilib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Hazırda onlar yanğın ocağını söndürməyə və alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısını almağa çalışırlar.