Məşhur aktyor Leonardo Di Kaprio Qazaxıstan hökumətinə müraciət edərək, ölkədə sayqak populyasiyasının uğurlu bərpası münasibətilə təbrik edib.
Aktyor bununla bağlı “Instagram” hesabında yazıb.
O qeyd edib ki, 2005-ci ildə təbiətdə cəmi 48 min sayqak qalıb. Di Kaprio hazırda onların sayının 1,9 milyon başa yaxın olduğunu vurğulayıb.
“Brakonyerliklə mübarizə, qanunlara riayət olunmasının təmin edilməsi və yeni qorunan ərazilərin yaradılmasına çoxlu resurs yatırmış Qazaxıstan hökumətini təbrik edirəm”, - deyə o yazıb.
Aktyor əlavə edib ki, sayqak populyasiyasının bərpası prosesində respublika hakimiyyət orqanları təbiətin mühafizəsi üzrə təşkilatlar və ixtisaslaşmış universitetlərlə fəal əməkdaşlıq ediblər. Onun sözlərinə görə, Astananın həyata keçirdiyi tədbirlər birgə səylərlə vəhşi təbiətin uğurlu mühafizəsinin parlaq nümunəsidir.
Mənbə: gazeta.ru
Rəylər