Hollivud ulduzu Leonardo Di Kaprio Venesuela ilə hava əlaqəsinə qoyulan məhdudiyyətlər səbəbindən "Desert Palm Achievement Award" mükafatını videokonfrans formatında qəbul edib.
Oxu.Az xəbər verir ki, Di Kaprio "Döyüş ardınca döyüş" filmindəki roluna görə sözügedən mükafata layiq görülüb.
"Filmlər hələ də kinoteatrda, birlikdə izlənilmək üçün nəzərdə tutulub. İndi bu əminlik hər zamankından daha vacibdir" , - deyə aktyor vurğulayıb.
Hollivud aktyoru Leonardo Di Kaprio Venesuelaya uçuşlara qoyulan məhdudiyyətlər səbəbindən Palm-Sprinqs kinofestivalının qala-konsertində iştirak edə bilməyəcək.
Oxu.Az bu barədə "Variety" nəşrinə istinadən xəbər verir.
Di Kaprio "Döyüş ardınca döyüş" filmindəki roluna görə "Desert Palm Achievement Award" mükafatını almalı idi.
"Oskar" mükafatçısı bölgədə tətbiq edilən uçuş məhdudiyyətləri səbəbindən Sen-Bartelemi adasını tərk edə bilməyib. Palm-Sprinqs beynəlxalq hava limanı "X" platformasında bəyanat yayaraq, uçuş reyslərinin gecikdiyini bildirib.