ABŞ-ın Konnektikut ştatının Danberi şəhərində həbsdə olan rusiyalı pilot Konstantin Yaroşenko koronavirusa yoluxub.
Bu barədə RT xəbər yayıb.
Bildirilir ki, Yaroşenko bu barədə vəkilini məlumatlandırıb. O hesab edir ki, yeni tip koronavirusa həbsxanada olanların hamısı tutulub.
Pilotun xanımı həmçinin vurğulayıb ki, bu cəzaçəkmə müəssisəsi yoluxmaların sayına görə birinci yerdədir.
Qeyd edək ki, 2011-ci ildə ABŞ-da narkotik qaçaqmalçılığında ittiham edilən Yaroşenko 20 il müddətinə azadlıqdan məhrum edilib.
Rusiya Xarici İşlər Nazirliyi ittihamların uydurulma olduğunu bildirib. Vaşinqtonun onu 20 il həbs cəzasına məhkum etməsi Rusiya ilə ABŞ arasında diplomatik qalmaqala səbəb olmuşdu.