Ukraynanın Dnepropetrovsk şəhərinin meri Boris Filatovun ölkəni tərk etdiyi bildirilir.
Oxu.Az xəbər verir ki, "İnsayder" nəşri mənbələrinə istinadla Filatovun ölkədən getməsinin Ukrayna Milli Antikorrupsiya Bürosunun detektivi Aleksey Geyko ilə münaqişəsi ilə əlaqəli olduğunu yazıb.
Nəşrin məlumatına görə, korrupsiyaya qarşı mübarizə strukturları şəhər merinə qarşı ittiham irəli sürməyə hazırlaşırmış.
Qeyd edək ki, Filatov Rusiyada milli mənsubiyyətə görə nifrət və düşmənçiliyi qızışdırmağa yönəlmiş hərəkətlərdə ittiham olunaraq qiyabi olaraq doqquz il müddətinə azadlıqdan məhrum edilib.