Dominikan Respublikasının paytaxtında Santo Dominqoda "Jet Set" gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 218-ə çatıb.
Oxu.Az "RİA Novisti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Dominikan Respublikasının Fövqəladə Hallar Mərkəzinin rəhbəri Xuan Manuel Mendes brifinq zamanı bildirib.
Məlumat üçün əlavə edək ki, Dominikan Respublikasının Prezidenti Luis Abinader Santo-Dominqodakı gecə klubunda baş vermiş faciə ilə əlaqədar üçgünlük matəm elan edib.
Dominikanın paytaxtında "Jet Set" gecə klubunun damının uçması nəticəsində azı 184 nəfər həlak olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə yerli "Diario Libre" qəzeti Fövqəladə Hallar Xidmətinə istinadla xəbər verib.
Bildirilib ki, xilasetmə işləri hələ də davam edir.
Xatırladaq ki, aprelin 8-də "Jet Set" gecə klubunda damın bir hissəsi uçub. Həmin vaxt ölkənin məşhur müğənnisi Rubbi Peres konsert verirdi. Faciə zamanı tamaşaçıların əksəriyyəti dağıntılar altında qalıb. Azı 500 nəfər xəsarət alıb. Həlak olanlar arasında Rubbi Peres və Dominikan Monte-Kristi əyalətinin qubernatoru Nelsi Krus var. Dominikan Respublikasının Prezidenti Luis Abinader faciə ilə əlaqədar üç günlük milli matəm elan edib.