Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

FIFA Argentina Futbol Federasiyasına qarşı iş açıb
FIFA DÇ-2026-nın seçmə mərhələsinin 14-cü turu çərçivəsində keçirilən Braziliya ilə oyunda (4:1) azarkeşlərin davranışlarına görə Argentina Futbol Assosiasiyasına (AFA) qarşı iş açıb.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist German Qarsiya Qrova məlumat verib.
Mənbənin sözlərinə görə, argentinalı fanatlar rəqiblərinə ünvanlanan təhqiramiz və ədəbsiz şüarlardan istifadə ediblər. Qeyd olunub ki, iyunda Argentina millisinin Kolumbiya ilə ev oyunu tamaşaçısız keçirilə bilər.
Argentina millisinin aprelin 17-dək apellyasiya şikayəti verə biləcəyi vurğulanır.
Xatırladaq ki, Lionel Skaloninin rəhbərlik etdiyi yığma Cənubi Amerika zonasından 2026-cı ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanan ilk komandadır.
"DÇ-2026" teqi üzrə xəbərlər
- Karlo Ançelotti Neymarı Braziliya millisinə dəvət edib
- Braziliya Futbol Konfederasiyası Ançelottiyə yeni müqavilə təklif etdi
- Luis Suares: "Lionel Messi yenidən dünya çempionatında çıxış etmək istəyir"
- Azərbaycan millisi FIFA reytinqində iki pillə gerilədi
- Laportadan Messinin "Barselona"ya qayıtma xəbərlərinə REAKSİYA