ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başa çatıb.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüş təxminən 20 dəqiqə davam edib.
Görüşdə digər məsələlərlə yanaşı, ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi məsələləri, o cümlədən Bakı ilə İrəvan arasında sülh prosesi müzakirə olunub.
Görüşün yekununda Ermənistan və ABŞ arasında bir sıra sənədlər imzalanıb.
Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.
Bu barədə Oxu.Az xarici KİV-ə istinadən xəbər verir.