"İran maksimum təzyiq siyasətini davam etdirdiyi müddətdə ABŞ ilə birbaşa danışıqlara girməyəcək".
Oxu.Az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi AFP-yə bildirib.
"ABŞ Prezidenti Donald Trampın maksimum təzyiq siyasətini tətbiq etdiyi müddətdə İran ABŞ ilə nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyəcək", - nazir vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbərinə məktub göndərərək İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün danışıqlara çağırdığını və onun hərbi əməliyyatdansa, diplomatiyaya üstünlük verdiyini vurğuladığını bildirib.
ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneiyə məktub göndərdiyini və nüvə proqramı ilə bağlı İranla razılaşmaya üstünlük verdiyini bəyan edib.
Oxu.Az bu barədə xarici KİV-ə istinadən xəbər verib.
Məktubun mətnindən danışan D.Tramp vurğulayıb ki, o, İranla razılaşmağa üstünlük verir:
"Lakin İranın nüvə silahı və başqa variantları ola bilməz".