Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Donald Trampın çıxışından sonra neftin qiyməti azalıb
ABŞ Prezidenti Donald Trampın neft qiymətlərini aşağı salmaq niyyətində olduğunu elan etməsindən sonra "qara qızıl" kəskin şəkildə ucuzlaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə RBC məlumat verib.
Belə ki, Bakı vaxtı ilə saat 20:35-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti bir barel üçün 78.42 dollar təşkil edib ki, bu da əvvəlki hərracın bağlanış qiymətinə nisbətən 0.58 dollar (0.73%) azdır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərraclarda WTI markalı neftin mart fyuçerslərinin qiyməti 0.72 dollar (0.95%) ucuzlaşaraq 74.72 dollar/barelə bərabər olub.
Qeyd edək ki, Trampın çıxışına qədər neft bahalaşırdı.
Xatırladaq ki, Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçılarına videobağlantı vasitəsilə danışan Tramp Səudiyyə Ərəbistanı və OPEC-dən neftin qiymətini aşağı salmağı istəyəcəyini bildirib.

"Donald Tramp" teqi üzrə xəbərlər
- ABŞ biznesmenləri xarici ölkələrin məmurlarına rüşvət verə biləcəklər - Trampdan əmr
- Tramp ABŞ-nin ən korrupsiyalaşmış ştatının adını açıqladı
- Tramp Baydenin daha bir qərarını "məntiqsiz" elan etdi: Kağız əvəzinə plastik istifadə olunacaq
- Paşinyanla Makron nələri müzakirə ediblər? - SALAM BAKU
- Amerika xalqı Trampı dəstəkləyir: Əsas da budur!
Rəylər