Pakistanlı dondurma satıcısının hesabında milyardlarla rupi (Pakistan milli valyutası) aşkarlanıb.
Oxu.Az xəbər verir ki, günə 4 dollar qazanan Məhəmməd Abdul Kadir hesabında təxminən 18,6 milyon dolların olmasından xəbərsiz olub.
İş ondadır ki, bankda hesab onun şəxsiyyət vəsiqəsinin sürəti əsasında açılıb. Kadirin bankdakı hesabını cinayət işi üzrə istintaq zamanı müstəntiqlər aşkarlayıblar.
“Dünyada ən bədbəxt insanam. Hesabımda bu qədər pulun olduğunu öyrənəndə, gec idi. Artıq hesabda pul yox idi”, - deyə dondurma satıcısı bildirib.
İstintaq zamanı daha 77 oxşar bank hesabı aşkarlanıb. Hesablarda ümumilikdə 280 milyon dollar olub. “Çirkli pul yuyulması” sxemlərinin təşkilində sabiq prezident Asif Əli Zərdari şübhəli bilinir.