Tanınmamış “Donetsk Xalq Respublikası”nın (“DXR”) hüquq mühafizə orqanlarındakı adı açıqlanmayan mənbənin bildirdiyinə görə, “DXR” kommunist partiyasının qurultayında baş verən partlayış qondarma “respublika” rəhbərliyinə namizəd İqor Xakimzyanov tərəfindən səhnələşdirilə bilər.
Mənbənin dediyinə görə, o, daha öncə özünə sui-qəsdi “gözəl PR gedişi” adlandırıb.
Bu barədə Oxu.Az “Donetsk Xəbərlər Agentliyi”nə istinadla xəbər verir.
“Operativ məlumatlar əldə edilib, bizim əməkdaşlar araşdırma aparıb. Xakimzyanov hesab edirdi ki, kiçik sui-qəsd onu məhşurlaşdıra bilər.
Lakin biz bunun məhz belə olacağını gözləyə bilməzdik. Axı insanlar xəsarət alıblar. Hərçənd Xakimzyanova ciddi xəsarət yetirilməyib”, - hüquq mühafizə orqanının əməkdaşı bildirib.
O həmçinin qeyd edib ki, məsələyə istintaq tam aydınlıq gətirəcək.
18.27
Donetskdə partlayış zamanı tanınmamış Donetsk Xalq Respublikasının (DXR) rəhbərliyinə namizəd İqor Xakimzyanov yaralanıb.
Oxu.Az Ren.TV-yə istinadən xəbər verir ki, Xakimzyanov partlayışın qurultay keçirilən binaya daxil olarkən baş verdiyini bildirib.
“Mən ayılanda, əynimdəki paltar yanırdı. Həkimlər lazımı kömək göstərdilər”, - deyə o vurğulayıb.
İlkin məlumata görə, partlayış nəticəsində dörd nəfər yaralanıb. Şahidlərin sözlərinə görə, partlayıcı qurğu zaldakı oturacaqların birinin altına yerləşdirilmişdi.
15.04
Donetskdə yerli kommunist partiyasının qurultayında partlayış baş verib.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı üç nəfər yaralanıb.
Bildirilir ki, qurultay keçirilən binada mənşəyi məlum olmayan partlayıcı qurğu işə salınıb.