Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Dövlət Departamentinin yeni sözçüsü kim olacaq?
ABŞ-nın yeni seçilmiş Prezidenti Donald Tramp Dövlət Departamentinə yeni təyinat elan edib.
Oxu.Az xəbər verir ki, o, bu barədə yanvarın 4-də "Truth Social" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Tramp Metyu Millerin əvəzinə Dövlət Departamentinin rəsmi nümayəndəsi vəzifəsinə jurnalist, "Fox News" kanalının aparıcısı və tanınmış politoloq Temmi Bryusun təyin ediləcəyini açıqlayıb.
Tramp Bryusun peşəkar təcrübəsinin və siyasi baxışlarının vacibliyini qeyd edib.
Xatırladaq ki, analitik nəşrləri və verilişləri ilə məşhurlaşan Temmi Bryus mühafizəkar mühitdə ictimai rəyin liderlərindən biri kimi qəbul edilir.
"ABŞ Dövlət Departamenti" teqi üzrə xəbərlər
- ABŞ Dövlət Departamenti: "İran razılaşmasa, maksimum təzyiq altında qalacaq"
- ABŞ Dövlət Departamenti Blinkenin Belarusla bağlı bəyanatını öz saytından sildi
- ABŞ Senatı təsdiqlədi: Dövlət katibi kim olacaq?
- ABŞ Dövlət Departamentində kütləvi istefalar: Tramp Baydenin adamlarından xilas olur
- Trampın ilk "döyüşü" hansı ölkələrlə olacaq? - ABŞ böyük böhranın astanasındadır