May ayının 13-ü RF deputatlarının plenar iclasından əvvəl deputatlar Ukraynanın cənub-şərqində referendumun nəticələrini şərh ediblər.
Oxu.Az Lifenews-a istinadən xəbər verir ki, Rusiyanın Dövlət Dumasının sədri Sergey Narışkinin fikrinə görə, Luqansk və Doneskdə keçirilən referendumlar, bu şəhərlərin sakinlərinin özlərini Kiyev xuntasından qoruma cəhdləridir.
“Siyasətçilər referendumun nəticələrini müxtəlif qiymətləndirirlər, amma fəallar DXR və LXR özlərini Kiyev hökuməti radikallarla açıq danışıqlar apardıqları müddət ərzində özlərini qoruyurlar. Kiyevdə anlayırlar ki, törətdikləri cinayət üçün məhkəmə qarşısında cavab verəcəklər”, - Dövlət Dumasının nümayəndəsi bildirib.
“Ədalətli Rusiya” Partiyasının lideri Sergey Mironov cənub-şərq sakinlərini dəyərli seçimlə təbrik edib.
“Biz Ukraynanın regionlarının fikrinə hörmətlə yanaşırıq və referendumun nəticələrini tanıyırıq. Hal-hazırda Kiyevlə yalnız güc mövqeyindən danışmaq olar, o cümlədən Luqanşina və Donbasda da vəziyyət eynidir”, - Mironov deyib.
RLDP da Donesk və Luqanskda keçirilən referendumun nəticələrini qəbul edib. Bu barədə fraksiyanın sədrinin müavini Aleksey Didenko bildirib.